Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycanın bədii gimnastika üzrə böyüklərdən ibarət qrup hərəkətləri komandası Şəki Olimpiya İdman Kompleksində kiçik gimnastlar üçün ustad dərsi keçirib.
İdman.Biz-ə bu barədə Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Ustad dərsi zamanı milli komandanın üzvləri uşaqlara qrup hərəkətlərinin əsas texniki elementlərini, sinxronluq, ritm və koordinasiya ilə bağlı vacib nüansları izah ediblər.
Tədbirin əsas məqsədi regionlarda bədii gimnastikanın inkişafına dəstək olmaq, istedadlı uşaqları erkən mərhələdən düzgün istiqamətləndirmək və onlarda bu idman növünə marağı daha da artırmaqdır.
İdman.Biz







Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.