AZ

Borussiya hücumçusunu satdı

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniyanın “Borussiya Dortmund” klubunda çıxış edən 21 yaşlı hücumçu Xordi Paulinanın “Fortuna Düsseldorf”a transferi rəsmiləşib.

İdman.Biz xəbər verir ki, keçidin məbləği 400 min avro (təxminən 740 min AZN) təşkil edib.

Futbolçu ilə yeni klubu arasında 2030-cu ilə qədər müqavilə imzalanıb və o, “Fortuna”da 27 nömrəli formada çıxış edəcək.

2025/2026 mövsümündə Paulina “Borussiya”nın ikinci komandasında forma geyinib. O, 11 oyunda yeddi qol vurub və bir məhsuldar ötürmə edib.

Xordi Paulina həmçinin Kurakao millisinin üzvüdür. Dik Advokatın rəhbərlik etdiyi yığma sensasiyalı şəkildə 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

Bundesliqada 15 turdan sonra “Borussiya Dortmund” 32 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
1
icma.az

2Mənbələr