Venesuelanın Ali Məhkəməsi ölkənin idarə olunmasını müvəqqəti olaraq vitse-prezident Delsi Rodriqezə həvalə edib.
Xezerxeber.az xəbər verir ki, qərara görə, vitse-prezident idarəetmənin davamlılığı və ölkənin müdafiəsi üçün bütün səlahiyyətlərə malikdir. Lakin qərarda prezident Nikolas Maduronun ümumiyyətlə hakimiyyətdən getməsi barədə fikir yer almır.