AZ

Pokonyoli komandasının ciddi şəkildə zəiflədiyini etiraf edib

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Monako”nun baş məşqçisi Sebastyen Pokonyoli komandanın Liqa 1-in 17-ci turunda “Lion”a 3:1 hesablı məğlubiyyətini şərh edib.

İdman.Biz xəbər verir ki, baş məşqçi komandasının ciddi şəkildə zəiflədiyini və bundan çox narahat olduğunu bildirib.

“Çətin bir dövrdən keçirik, amma müsbət məqamlar da var. Oyunçuların və işçi heyətinin özünəinamını hiss edirəm. Azarkeşlər mübarizə aparan və öz oyununu oynamağa çalışan bir komanda gördülər. Əlbəttə ki, biz daha çoxuna layiq idik.

Zədələr nəticə ilə bağlı məyusluğu daha da artırır. Hətta mən gəlməmişdən əvvəl komandada çoxlu zədəlilər var idi. Komanda ciddi şəkildə zəifləmişdi və bu, həftəbəhəftə davam edir. Bu, narahatlıq doğurur. Məşq yükü düzgün olsa da, bütün bunlar qurmaq istədiyimiz şeylərdə ardıcıllığın olmamasına gətirib çıxarır” – “Le Figaro” Pokonyolidən sitat gətirir.

“Monako” son yeddi çempionat matçında altı dəfə məğlub olub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
88
1
icma.az

2Mənbələr