Apa.az saytına istinadən ain.az xəbər verir.
Müstəqil dövlətin yaradılmasını müdafiə edən Yəmənin Cənub Keçid Şurası (CKŞ) respublikanın beynəlxalq səviyyədə tanınmış hökumətinin və Səudiyyə Ərəbistanının cənub məsələsini həll etmək üçün ər-Riyadda konfrans keçirmək təşəbbüsünü alqışlayıb.
APA xəbər verir ki, bu barədə CKŞ-nin bəyanatında bildirilir.
"Cənub Keçid Şurası Səudiyyə Ərəbistanının cənub qüvvələri arasında dialoqa sponsorluq etmək təklifini alqışlayır. Şura, Milli Xartiyanı imzalayan tərəfdaşları ilə birlikdə, bu dialoqda və ya cənubun mənafeyi naminə hər hansı digər dialoqda iştirakını təsdiqləyir, bu təklifi yüksək qiymətləndirir və onu real imkan hesab edir", - bəyanatda deyilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.