“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski nişanlanıb.
O, bu haqda öz sosial şəbəkə hesablarında paylaşım edib.
Polşanın Zakopane kurort şəhərində istirahətdə olan 25 yaşlı qolkiper sevgilisi Veronikaya evlilik təklifi edib.
Koxalski həmin anların videosunu öz izləyiciləri ilə bölüşüb.