AZ

Son bir ildə əmək sahəsi üzrə 110 dövlət standartı hazırlanaraq təsdiq edilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət ƏməkMüfəttişliyi Xidmətinin sədrlik etdiyi “Əmək sahəsində”standartlaşdırma üzrə Texniki Komitə əməyin təhlükəsizliyi iləbağlı dövlət standartlarının hazırlanması işlərini davametdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, ötən il daha 110 dövlət standartı hazırlanaraq AzərbaycanStandartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiqedilib.

Standartlar Beynəlxalq Əmək Təşkilatının “Əməyin təhlükəsizliyivə gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinəuyğun olaraq hazırlanıb. Onlar iş yerlərində sağlam əmək şəraitinintəmin edilməsi, əmək şəraitinin müasir tələblərə uyğun təşkilolunması, əməyin təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsi vəbeynəlxalq təcrübəyə uyğunlaşdırılmasına xidmət edir.

Bununla da Komitə tərəfindən əməyin təhlükəsizliyi ilə bağlıhazırlanaraq təsdiq edilmiş dövlət standartlarının sayı 167-yəçatıb.

Seçilən
82
10
az.trend.az

10Mənbələr