ABŞ-ın bir neçə şəhərində yanvarın 3-də Venesuelada hərbi əməliyyatlara qarşı etirazlar keçirilməsi planlaşdırılır.
APA xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
"Biz küçələrə çıxıb başqa bir sonsuz müharibəyə yox deməliyik! Bu ölkənin xalqı başqa bir müharibə istəmir", - CNN “Answer Coalition” qrupundan sitat gətirib.
Məlumatına görə, nümayişlərin Nyu-York şəhərindəki Tayms meydanında, Vaşinqtondakı Ağ Evdə, Çikaqoda və ölkə daxilində şəhər zallarında və ştatların qanunvericilik orqanlarının binaları qarşısında keçirilməsi planlaşdırılır.