"Real Madrid" Niderlandın "AZ Alkmaar" klubunun 19 yaşlı futbolçusuna elçi düşüb.
Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, Madrid təmsilçisi 45 milyon avroya Kes Smiti heyətinə qatmaq istəyir.
Futbolçunun bazar dəyəri 22 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, cari mövsümdə Kes Smit bütün turnirlərdə 27 matçda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
"Cebheinfo.az"