Türkiyədə siqaretin qiyməti artıb. Yanvarın 5-dən etibarən ölkədə istehsal olunan siqaret məhsullarının qiyməti 5 lirə (20 qəpik) bahalaşacaq. Metbuat.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Satıcıların Qarşılıqlı Yardım Assosiasiyasının sədri Erol Dündar çıxış edib. Assosiasiya sədri qiymət artımını ölkədəki iqtisadi krizlə əlaqələndirib. O, 5 lirəlik artımın yerli istehsalı təşviq edəcəyini deyib. Qeyd edək ki, hazırda Türkiyədə ən ucuz siqaret 87, ən bahalı siqaret isə 105 lirədir. Gələn həftənin birinci günündən etibarən ölkədə 92 lirədən ucuz siqaret satılmayacaq. Xaricdən Türkiyəyə gətirilən siqaretlərin qiymətinin də bahalaşacağı gözlənilir.