Biz düşmənə qarşı qətiyyətlə mübarizə aparırıq və xalqın dəstəyi ilə onu diz çökdürəcəyik.
Publika.az İran mediasına istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri Seyid Əli Xamenei deyib.
İsrail ilə 12 günlük müharibə zamanı həlak olanların ailələri ilə görüşdə Xamenei bildirib ki, milli valyutanın dəyərinin düşməsinə görə etirazlar əsaslıdır. "Sahibkarlar belə şəraitdə işləyə bilməyəcəklərini deyəndə haqlıdırlar. Dövlət rəsmiləri bunu qəbul edirlər və mən bilirəm ki, hörmətli Prezident və digər yüksək vəzifəli şəxslər bu problemin həlli üzərində işləyirlər".