ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Mətbuat konfransı ərəfəsində ABŞ prezidenti Donald Tramp Venesuelaya endirilən hava zərbələrini əks etdirən video paylaşım edib.
KONKRET.az xəbər verir ki, yayımlanan görüntülər məşhur Creedence Clearwater Revival qrupunun “Fortunate Son” mahnısının sədaları altında təqdim olunub.
Qeyd olunur ki, sözügedən mahnı 1969-cu ildə ABŞ-ın Vyetnam müharibəsində iştirakına etiraz olaraq yazılıb. “Fortunate Son” əsəri sosial ədalətsizliyi ön plana çıxarır və müharibələrin əsas yükünü daşıyan aztəminatlı təbəqə ilə bu proseslərdən kənarda qalan varlı zümrəni sərt şəkildə tənqid edir.
Trampın məhz bu musiqi fonunda video paylaşması sosial şəbəkələrdə və beynəlxalq mediada geniş müzakirələrə səbəb olub, bir çoxları bunu simvolik və mübahisəli addım kimi qiymətləndirir.
Natiq Səlim,
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.