AZ

Bu müharibə Qara dənizdəki ticarəti təhdid edir...

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiya-Ukrayna müharibəsi artıq Qara dənizdəki ticarəti təhdid etmə həddinə çatıb.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 2025-ci il üzrə ixrac göstəricilərinin hesabat tədbirində deyib.

O bildirib ki, 4 ildir davam edən müharibədə yüz minlərlə insan ölüb, yaralanıb və evsiz-eşiksiz qalıb:

"Həmçinin bu müharibə artıq Qara dənizdəki ticarəti təhdid etmə həddinə çatıb. Əlbəttə, biz bunun qarşısının alınması üçün lazımi tədbirlər görməkdəyik. Türkiyə bu savaşın ədalətli sülhlə başa çatmasını istəyir və bu yolun açılması üçün bütün məsuliyyəti üzərinə götürməyə hazırdır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
87
6
axar.az

6Mənbələr