Bakı. Trend:
"Latsio"nun yarımmüdafiəçisi Matteo Qenduzi karyerasını TürkiyəSuper Liqasında davam etdirməyə yaxındır.
Trend xəbər verir ki,"Fənərbaxça" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə"Tutto Mercato" nəşr məlumat yayıb.
İstanbul nəhəngi Qenduzi üçün İtaliya klubuna rəsmi təkliflərmüraciət edib. Klublar arasında müzakirələr davam edir.
Qeyd edək ki, "Latsio" Matteo Qenduzini 2023-cü ilin yayında"Marsel"dən transfer edib. 26 yaşlı oyunçu bu mövsüm Romatəmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 1məhsuldar ötürmə ilə yadda qalıb.