AZ

ABŞ 3 yanvar tarixini bilərəkdənmi seçdi? 36 ildən sonra tarix təkrarlandı

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ 3 yanvar tarixində ikinci dəfə bir Latın Amerikası liderini həbs edib.

Amerika Birləşmiş Ştatları 3 yanvar 2026-cı ildə Latın Amerikası ölkəsi Venesuelaya müdaxilə edərək genişmiqyaslı əməliyyat həyata keçirdi. ABŞ Prezidenti Tramp Venesuela lideri Maduro və onun həyat yoldaşının saxlanıldığını açıqladı.

Sherg.az xəbər verir ki, Trampın əmri ilə həyata keçirilən əməliyyat baş verdiyi tarix baxımından da maraqlı bir təsadüfü özündə ehtiva edir.

Bu gündən düz 36 il əvvəl ABŞ Latın Amerikasında başqa bir ölkəyə də əməliyyat keçirmiş, Panama Amerika qüvvələri tərəfindən işğal olunmuşdu.

Bir dövr ABŞ-ın müttəfiqi və MKİ-nin (CIA) məlumatçısı olan həmin dövrün Panama lideri Manuel Norieqanın ABŞ-la münasibətləri 1980-ci illərdə getdikcə pisləşmiş, Vaşinqton tərəfindən narkotik qaçaqmalçılığı ilə ittiham edilmişdi. 1989-cu ildə Panamada keçirilən seçkilərin etibarsız elan edildiyini açıqlayan Norieqa ilə ABŞ arasında münasibətlər tamamilə qırılmışdı.

Həmin dövrün Panama lideri Manuel Norieqa

Həmin dövrdə ABŞ Prezidenti Corc H. V. Buşun əmri ilə başlanan Panama işğalı zamanı Norieqa əvvəlcə Vatikanın səfirliyində gizlənmiş, 3 yanvar 1990-cı ildə isə Amerika səlahiyyətlilərinə təslim olmuşdu.

Saxlanıldıqdan sonra ABŞ-ın Mayami şəhərində mühakimə olunan və hökm çıxarılan Norieqa təxminən 20 il həbsdə qalmış, daha sonra isə Fransada da çirkli pulların yuyulması ittihamı ilə mühakimə olunması üçün bu ölkəyə göndərilmişdi. 2010-cu ildə Fransadan Panamaya ekstradisiya edilən Norieqa yenidən mühakimə olunmuş və bir daha həbsə atılmışdı. Sağlamlıq vəziyyəti getdikcə pisləşən Norieqa 2017-ci ildə vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
sherg.az

1Mənbələr