ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ” futbol klubu 2025/26 mövsümünün ikinci yarısı üçün hazırlıqlara start verib.
"Cebheinfo.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün “Azersun Arena”dakı təlim-məşq bazasında bir araya gələrək 2026-cı ilin ilk məşqinə çıxıb.
Bildirilib ki, komandanın hazırlıq planı iki mərhələdən ibarət olacaq.
Bakıdakı qısa hazırlıqdan sonra, yanvarın 10-da “Qarabağ” hazırlıqların ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Yanvarın 17-dək Antalyanın Belek bölgəsindəki “Gloria Sports Arena”da davam edəcək təlim-məşq toplanışı çərçivəsində komandanın iki yoxlama oyunu keçirməsi planlaşdırılır. Yanvarın 12-si və 16-na təyin olunan bu qarşılaşmalarda rəqiblərin kimliyi yaxın günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi sınağına yanvarın 21-də çıxacaq. Qurban Qurbanovun yetirmələri UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubunu qəbul edəcək.
"Cebheinfo.az"















Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.