AZ

Erməni xizəkçi Azərbaycan sözünü gizlətdi, cərimə olundu

Xizəkçi Mikael Mikaelyan "Tour de Ski" yarışları zamanı kostyumunun üzərində turnirin sponsorunun "Azərbaycan" yazısını lentlə bağladığına görə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.

APA-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik-Armenia" məlumat yayıb.

Məlumata görə, hadisə İtaliyanın Toblax şəhərində keçirilən yarışların birində baş verib. "Tour de Ski" turnirində xizəkçilərin kostyumlarında Azərbaycanın reklamı ilə yanaşı, yarış məkanlarında ölkənin adını əks etdirən iri reklam lövhələri də yerləşdirilib.

Qeyd edək ki, ötən ilin may ayında FIS Azərbaycan Dövlət Turizm Agentliyi ilə 5 il müddətinə sponsorluq sazişi imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
71
9
olaylar.az

10Mənbələr