Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Sabiq rusiyalı tennisçi Anna Kurnikova və ispaniyalı müğənni Enrike İqlesias ailədə növbəti uşağın dünyaya gəlməsi haqda xəbər yayıb. "Football-plus.az" xəbər verir ki, dekabrın 17-də göz açan uşağın cinsiyyəti ilə bağlı bilgi yoxdu. Məşhurlar dördüncü dəfə valideyn olub. Kurnikova ilə İqlesias 2001-ci ildən bəri birgədi. 2017-ci ildə onların əkizləri (Nikolas və Lüsi), 2020-nin yanvarında isə qızları Mariya doğulub.2003-cü ildə karyerasını bitirən Kurnikovanın hesabında cütlərin yarışında 16 titul var. Anna Martina Hingislə birgə iki dəfə Avstraliya Açıq Çempionatının qalibi olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.