AZ

Bakıda 64 yaşlı kişi iş yerində vəfat edibVİDEO

Bakıda 64 yaşlı kişi avtotəmir sexində ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə iş vaxtı baş verib.

Onun yanında olan iş yoldaşları hadisənin bir anda baş verdiyini, əraziyə təcili tibb yardım çağırdıqlarını deyiblər.

TƏBİB-dən bildirildi ki, yanvarın 2-si saat 12:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına təcili yardım briqadası cəlb olunub. 64 yaşlı kişinin həkim yanında ölümü baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
79
xezerxeber.az

1Mənbələr