AZ

ABŞ Silahlı Qüvvələri Venesuelanın paytaxtında bənzəri olmayan hərbi əməliyyat həyata keçirib - Tramp

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri Venesuelanın paytaxtında bənzəri olmayanhərbi əməliyyat keçirib.

Trend-in şənbəgünü verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp bu günkeçirilən mətbuat konfransında deyib.

“Hərbi əməliyyatın həyata keçirilməsi üçün ABŞ-ın hava, quru vədənizdən ibarət hərbi gücü səfərbər edildi; bu, insanların İkinciDünya müharibəsindən bəri görmədiyi miqyasda bir zərbə idi.Əməliyyat Karakasın mərkəzində yerləşən güclü şəkildəmöhkəmləndirilmiş hərbi istehkamı hədəf alaraq, qanundan kənar elanedilmiş diktator Nikolas Maduronun məsuliyyətə cəlb edilməsiməqsədi daşıyırdı”, - deyə o bildirib.

Tramp qeyd edib ki, bu, ABŞ tarixində Amerika hərbi gücünün vəpeşəkarlığının ən təsirli, effektiv və qüdrətli nümayişlərindənbiri olub.

“Dünyada heç bir ölkə Amerikanın dünən əldə etdiyinə və yaaçığını desəm, bu qədər qısa müddətdə nail olduqlarına çatabilməzdi. Venesuelanın bütün hərbi imkanları tamamiləzərərsizləşdirildi və silahlı qüvvələrimizin kişi və qadınları ABŞhüquq-mühafizə orqanları ilə birgə hərəkət edərək Maduronu gecəsaatlarında uğurla ələ keçirdilər.

Qaranlıq idi və son dərəcə təhlükəli şərait mövcud idi. Lakinonunla birlikdə həyat yoldaşı da saxlanılıb - hər ikisi indiAmerika ədaləti qarşısında cavab verəcək. Maduro və Flores ABŞ-a vəonun vətəndaşlarına qarşı ölümcül narkoterror kampaniyaları iləbağlı aparılan istintaq çərçivəsində ittiham olunublar”, - deyə ABŞprezidenti əlavə edib.

Seçilən
56
3
az.trend.az

2Mənbələr