AZ

"Fənərbağça" Lukman və Sörlot üçün hərəkətə keçdi

"Fənərbağça" futbol şösbəsindən məsul idarə heyətinin üzvü Ertan Torunoğulları Ademola Lukmanın transferini yekunlaşdırmaq məqsədilə İtaliyaya yollanıb.

Fanat.Az xəbər verir ki, klub rəsmisi "Atalanta" rəhbərliyi ilə birbaşa danışıqlar aparmaq üçün İtaliyada görüş keçirəcək.

"beIN Sports"un məlumatına görə, Torunoğulları daha bir transfer hədəfi olan Aleksandr Sörlotla bağlı danışıqlar aparmaq üçün İspaniyaya keçəcək.

"Fənərbağça" rəhbərliyi hücum xəttini gücləndirmək üçün hər iki futbolçunun transferini prioritet məsələ kimi dəyərləndirir.

Seçilən
55
fanat.az

1Mənbələr