Müğənni Azad Şabanov yeni klip və mahnı təqdim edib.
Doğru.az xəbər verir ki, “Heç olmasa” adlı layihə sənətçinin doğum günündə işıq üzü görüb. Mahnının sözləri Həsən Babayevə, musiqisi Camal Qurbanova, aranjımanı isə Emin Kərimə məxsusdur. Klipin rejissoru Fərhad Əli, rənglənmə isə Murad Muradov tərəfindən həyata keçirilib.
Azad Şabanov şəxsi İnstagram hesabında paylaşım edərək yazıb: “35 yaşımda ‘Heç olmasa’ mahnısını özümə hədiyyə etdim. Sevirəm hər birinizi”.
Layihə müğənnin rəsmi YouTube kanalında və bütün musiqi platformalarında yayımlanıb.
DOĞRU.AZ
