AZ

44 yaşlı "mələk" hovuz kənarında çılpaq pozalar verdi

"Victoria’s Secret"in "mələy"i, model Alessandra Ambrosio hovuz kənarında çimərlik paltarında fotosessiya etdirib.

Publika.az xəbər verir ki, o, bu görüntüləri "Instagram" səhifəsində paylaşıb.

44 yaşlı model qırmızı bikini ilə bədən quruluşunu nümayiş etdirib. Kadrlardan birində model büstqalter olmadan, yəni çılpaq halda obyektiv qarşısına keçib. Onun saçları yumşaq dalğalarla yığılıb, üzünə isə yüngül makiyaj edilib. Alessandra hovuz kənarında yastığın üzərində uzanaraq poza verib.

O, əvvəllər iş adamı Ceymi Mazurla evli olub. Onlar 2018-ci ildə dostluq münasibətləri çərçivəsində ayrılıblar. Bu nigahdan Anya Luiza adlı qızları və Noa Feniks adlı oğulları dünyaya gəlib. Model uşaqları ilə tez-tez dünya turuna çıxır.

Seçilən
157
2
publika.az

10Mənbələr