AZ

“Qarabağ” qış hazırlıqlarına start verib

“Qarabağ” mövsümün ikinci hissəsinin hazırlığına start verib.

Apasport.az xəbər verir ki, bu gün “Azersun Arena”dakı təlim-məşq bazasında bir araya gələn komanda 2026-cı ilin ilk məşqini keçirib.

Klubun hazırlıq planının ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək. Komanda həmin müddətdə təlim-məşq toplanışını davam etdirəcək.

Toplanış çərçivəsində “Qarabağ” iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi nəzərdə tutulur. Rəqib komandaların adları hələ məlum deyil.

Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcək.

Misli Premyer Liqasında debüt rekordu: 101 yeni futbolçu

Premyer Liqada penalti statistikası: 16 turda 36 penalti

Tahir Gözəl: “İnanıram ki, daha böyük nailiyyətlər əldə edəcəyik”

"Kəpəz" qış fasiləsində 2 yoxlama oyunu keçirəcək

Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək

Seçilən
108
15
apasport.az

6Mənbələr