AZ

SON DƏQİQƏ! Rusiyadan Venesuela HƏMLƏSİ

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Venesuelanın vitse-prezidenti Delcy Rodrigez ilə telefonla danışıb.

Rusiyanın Xarici İşlər Nazirliyindən verilən rəsmi açıqlamaya görə, Lavrov Moskvanın Venesuela xalqı ilə həmrəy olduğunu və bu ölkənin suverenliyini qorumaq üçün davamlı dəstəyini bir daha vurğulayıb.

Editor.az xəbər verir ki, Lavrov, Rusiyanın Venesuelanın milli maraqlarını və suverenliyini qorumağa davam edəcəyini və Bolivarcı hökumətin siyasətini dəstəkləyəcəyini bildirib.

Açıqlamada həmçinin qeyd olunub ki, tərəflər vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və dialoq yolu ilə böhranın həlli üçün ortaq səyləri dəstəklədiklərini bildirib. Həm Lavrov, həm də Rodrigez arasında Rusiyanın və Venesuelanın strateji tərəfdaşlığını daha da gücləndirmək məqsədilə qarşılıqlı addımların müzakirə edildiyi qeyd olunub.

Görüşün sonunda hər iki tərəf davamlı və konstruktiv dialoqun vacibliyini bir daha təsdiqləyib və gələcəkdə qarşılıqlı maraqlar əsasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün addımlar atılacağını qeyd edib.

Bu görüş ekspertlər tərəfindən Rusiyanın dünya səhnəsindəki təsirini genişləndirmək və ABŞ-ın Latin Amerikası siyasətinə qarşı mövqeyini möhkəmlətmək məqsədi daşıyan mühüm bir addım kimi dəyərləndirilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
46
editor.az

1Mənbələr