BAKI, 3 yanvar. TELEQRAF
Ukrayna və ABŞ Ukraynaya dəstəyə dair dörd əsas bölmə və əlavə müddəaları əhatə edən sənədi razılaşdırıb.
Teleqraf xəbər verir ki, bu barədə "UNİAN" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andriy Qnatova istinadən məlumat yayıb.
Qnatovun sözlərinə görə, sənəddə Ukraynaya göstəriləcək dəstəyin mexanizmləri ətraflı şəkildə əks olunub. Buraya, xüsusilə, silahlı qüvvələrin modernləşdirilməsi və təminatı məsələləri daxildir.
Sazişdə həmçinin razılaşmaların icrasına nəzarət mexanizmləri və öhdəliklərin pozulacağı halda görüləcək tədbirlər qeyd olunub. Bildirilir ki, oxşar sənədlər digər tərəfdaş ölkələrlə də hazırlanır və bölmələrdən biri “istəklilər koalisiyası” adlandırılan formatın fəaliyyətinə həsr edilib.