Astarada yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Təngərud kəndi ərazisində qeydə alınıb. Astara-Lənkəran xətti ilə hərəkətdə olan "Mercedes Sprinter" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Mikroavtobus daha sonra aşıb. Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta



