AZ

"Real Madrid"in kapitanı 97 gün sonra məşqlərə başladı

"Real Madrid"in kapitanı Dani Karvahal 97 gün sonra komandasının məşqlərinə qayıdıb.

Fanat.Az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

Karvaxal La Liqanın 9-cu turunda "Barselona" ilə oyunda dizindən ciddi zədə almışdı. Tibbi proqnozlar onun cari mövsümün sonuna qədər oynamayacağını proqnozlaşdırsa da, oyunçu əməliyyatdan cəmi üç ay sonra topla işləməyə başlaya bildi.

Müdafiəçi hazırda ümumi qrupda yüngül məşqlərlə kifayətlənir. Onun əsas məqsədi İspaniya Super Kuboku başlamazdan əvvəl 100 faiz formada olmaqdır.

Daninin yanvar ayında keçiriləcək vacib oyunlarda start heyətində yer alıb-almayacağı hələ də sual altındadır.
 

Seçilən
24
fanat.az

1Mənbələr