AZ

Meteor yağışı pik həddə çatacaq - XƏBƏRDARLIQ

Bu gecə müşahidə olunan meteor selləri pik həddə çatacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Astronomiya Birliyinin (BAİ) 2026-cı il üçün meteor seli təqvimində əks olunub.

Məlumata görə, meteor selinin piki 3-4 yanvarda gözlənilir.

Belə ki, 3 yanvarda meteor selinin radiantı yerli vaxtla 21:39-da doğacaq və bütün gecə üfüqdən yuxarıda olacaq. Lakin bədrlənmiş Ay müşahidələrə mane olacaq. Adətən, saatda 80-120 meteor gözlənilsə də, Ayın işığına görə saatda 10-dək ən parlaq meteor görmək şansı var.

Seçilən
125
8
bakivaxti.az

9Mənbələr