"İnsanın immun sistemini gücləndirə biləcək xüsusi vasitə yoxdur. Bununla belə, yuxu və istirahət rejiminə riayət etmək sağlamlıq problemlərinin qarşısını almağa kömək edə bilər".
Ölkə.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Seçenov Universitetinin tədqiqatçısı, allerqoloq-immunoloq Kseniya Ryabova TASS-a danışıb.
"İmmuniteti gücləndirmək üçün sehrli həblər yoxdur. İmmun sisteminiz bədəninizə nə qədər yaxşı davranmağınızdan asılıdır. Bu, o deməkdir ki, balanslı yuxu, yaxşı qidalanma və adekvat iş-istirahət cədvəli vacibdir. Onda immun sisteminiz yaxşılaşacaq. Yaxşı qidalanmalı, yaxşı yatmalı və daha az stres keçirməlisiniz", - o izah edib.
Həkim sağlamlığı qorumaq üçün hava şəraitinə uyğun geyinməyin də vacib olduğunu açıqlayıb. Bu məsuliyyətli yanaşma, xüsusilə açıq havada gəzinti zamanı soyuqdəymə və hipotermiyanın qarşısını almağa kömək edəcək.