AZ

Bakıda usta iş yerində öldü

Bakıda usta iş yerində ölüb.


Manset.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə yanvarın 2-si paytaxtın Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsindəki avtotəmir sexində baş verib.

Orada usta işləyən 1961-ci il təvəllüdlü Məhəmməd Qasımov avtomobil təmir edərkən halı qəfil pisləşib. O. hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, M.Qasımov ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Seçilən
80
50
manset.az

10Mənbələr