AZ

WP: Maduro son aylar şəxsi təhlükəsizlik tədbirlərini gücləndiribmiş...

Maduro ABŞ-nin təzyiqlərinə baxmayaraq hakimiyyəti buraxmaqdan imtina edib və şəxsi  təhlükəsizlik tədbirlərini gücləndirib...

Poliqon xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro son bir neçə ay ərzində şəxsi təhlükəsizlik tədbirlərini xeyli artırıb, ictimai çıxışlarını kəskin şəkildə məhdudlaşdırıb və bəzən tamamilə ləğv edib. Bu addımlar ABŞ-ın hökumətinə yönəlmiş təzyiqlərinin artması və ABŞ prezidenti Donald Trampın Maduroya istefa verməsi çağırışları ilə eyni vaxta təsadüf edir.

The Washington Post-un məlumatına görə, bütün bu təzyiqlərə baxmayaraq, Maduro vəzifəsini tərk etməyib və ölkədən getməkdən imtina edib. Nəşr vurğulayır ki, prezidentin belə mövqeyi ölkədəki siyasi böhranı daha da dərinləşdirir və daxili sabitliyin pozulması riskini artırır.

Analitiklər hesab edirlər ki, Maduro tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri həm şəxsi qorunma məqsədi daşıyır, həm də siyasi rəqiblərinə qarşı güc balansını qorumağa yönəlib. Lakin ABŞ-ın davam edən təzyiqləri və beynəlxalq diqqət fonunda vəziyyət hələ də yüksək riskli olaraq qalır.

Poliqon.info

Seçilən
48
50
poliqon.info

10Mənbələr