AZ

ABŞ Maduronu narkotik ticarətində ittiham edir

The Wall Street Journal: Prezident 2020-ci ildən narkotiklərlə bağlı ittiham olunub...

Poliqon xəbər verir ki, ABŞ-da Venesuela prezidenti Nikolas Maduroya narkotik ticarəti ilə bağlı ittihamlar irəli sürülüb. The Wall Street Journal nəşrinin yazdığına görə, bu ittihamlar 10 illik araşdırmanın nəticəsi olaraq 2020-ci ildə federal Manhetten məhkəməsinə təqdim edilib.

İttiham aktında qeyd olunur ki, Maduro “Kartel de los Soles” adlanan narkotik ticarəti şəbəkəsinin lideridir və bu şəbəkənin böyük miqdarda kokaini ABŞ-a çatdırılmasına kömək edib. Prokurorlar iddia edirlər ki, Maduro hökumətdə yüksələn karyerası zamanı şəbəkəni idarə edib və onu qoruyub.

Maduro ABŞ-ın bu ittihamlarını rədd edərək onları “çirkli və yalançı” adlandırıb. ABŞ dövlət katibi Marko Rubio isə sentyabr ayında bildirib ki, Nikolas Maduro ABŞ-da narkotik ticarətində ittiham olunur və amerikan ədalətindən yayınıb.

Hüquq ekspertlərinin fikrincə, ABŞ-də səsləndirilən bu ittihamlar Venesueladakı siyasi böhran və Maduronun beynəlxalq səviyyədə statusu ilə bağlı əlavə təzyiq vasitəsi kimi qiymətləndirilir. Eyni zamanda, ittiham aktı Venesuelada hakimiyyət çevrəsindəki mövcud qeyri-müəyyənliyi daha da dərinləşdirə bilər.

Poliqon.info

Seçilən
102
35
poliqon.info

10Mənbələr