AZ

Ucarda maşın aşıb, xəsarət alanlar var

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə Bakı-Qazax magistralında, rayonun Qarabörk kəndində baş verib.

    "Nissan" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Mingəçevir şəhər sakinləri - 1979 - cu il təvəllüdlü Gülnarə Qaçayeva və 1961- ci il təvəllüdlü Gümanə Namazova xəsarət alıb .

    Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Seçilən
    111
    4
    bakivaxti.az

    5Mənbələr