AZ

Şahbuzda qarın hündürlüyü 48 sm-ə çatdı

Yanvarın 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Yyanvarın 3-ü saat 11:00-a olan məlumatına əsasən yanvarın 2-si gün ərzində ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti müşahidə olunub, yanvarın 3-ü gecə və səhər isə hava əsasən yağmursuz keçib.

Qarın hündürlüyü Şahbuzda 48, Qaxda 36, Lerikdə 30, Qusarda 29, Qrızda 27, Xınalıqda 25, Yardımlı, Gədəbəydə 18, Şahdağda 17, Xaltanda 11, Şəkidə 10, Xızıda 9, İsmayıllıda 8, Qobustan, Sədərəkdə 6, Qəbələdə 5, Quba, Ordubadda 4, Şərurda 2, Ağsu, Zaqatala, Naxçıvanda 1 sm-dir.

Şahbuz, Culfa, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şamaxı, Qrız, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 m-dək məhdudlaşıb.

Seçilən
67
12
anews.az

10Mənbələr