AZ

“Boeing” ABŞ Ordusunun “Apache” helikopterlərinə texniki dəstək və logistika xidmətləri göstərəcək

ABŞ Ordusu AH-64 “Apache” ağır döyüş helikopterlərinə istehsal sonrası texniki dəstək və logistika xidmətlərinin göstərilməsi üçün “Boeing” şirkəti ilə müqavilə imzalayıb.

“Poliqon” ABŞ Müharibə Nazirliyinə istinadən xəbər verir ki, müqavilənin dəyəri 2.7 milyard dollar təşkil edir.

“Boeing” bu müqaviləyə əsasən, 2030-cu ilə qədər ABŞ Ordusuna məxsus “Apache” helikopterləri üçün təmir, texniki qulluq, ehtiyat hissələrinin təchizatı və logistika xidməti göstərəcək.

Seçilən
97
poliqon.az

1Mənbələr