Bakı. Trend:
PSJ-nin müdafiəçisi Lukas Beraldo karyerasını Türkiyə SuperLiqasında davam etdirə bilər.
Trend xəbər verir ki, bubarədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, "Beşiktaş" braziliyalı futbolçunu transfer etməkistəyir. İstanbul nəhəngi Beraldonu icarəyə götürməyi planlaşdırır."Qara qartallar" 22 yaşlı mərkəz müdafiəçisi üçün yaxın günlərdəhərəkətə keçəcək.
Qeyd edək ki, Lukas Beraldo bu mövsüm PSJ-nin heyətində 10 rəsmimatçda 1 qol vurub.