AZ

Türkiyədə qanunsuz miqrantlara qarşı əməliyyat - Çox sayda saxlanılan var

Türkiyənin İzmir şəhərinin Sahil Mühafizə Komandanlıq bölməsinin əməkdaşları Dikili rayonunun sularında qanunsuz miqrantların daşındığı qayıq aşkarlayıb.

Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, radarlarda qayığın yerinin müəyyən edilməsindən sonra əraziyə Sahil Mühafizəsinə məxsus gəmi və qayıq göndərilib. Dayandırılan qayıqda aralarında 7 uşaq olmaqla, ümumilikdə 50 qanunsuz miqrant saxlanılıb.

Saxlanılan qanunsuz miqrantlar zəruri prosedurların başa çatmasından sonra aidiyyəti üzrə - Vilayətin Miqrasiya İdarəsinə təhvil verilib.

Seçilən
113
1
day.az

2Mənbələr