Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
''Qalatasaray''ın 2025-ci ilə aid bəzi göstəriciləri bəlli olub. "Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi bu təqvim ilində bütün turnirləri nəzərə almaqla 115 qol vurub. Bu qolların 37-si, yəni 32 faizi Viktor Osimhenin aktivindədi! ''Sarı-qırmızılar''da ilin ən məhsuldar oyunçuları siyahısında digər pillələrdə Mauro İkardi ilə Barış Alpər Yılmaz qərarlaşıb. Onların hər ikisi 9 qol vurub. Ümumilikdə ''Cim-Bom'' başa vurmaqda olduğumuz ildə 3 turnirdə 54 oyuna çıxıb. Komanda bu matçlardan 37 qələbə, 10 heç-heçə, 7 məğlubiyyətlə ayrılıb. Qeyd edək ki, 2025-də ardıcıl 3-cü, tarixinin 25-ci çempionluğunu qazanan və ili iki titulla tamamlayan ''Qalatasaray'' hazırda liderdi və bu mövsüm də çempionluğa əsas namizəddi. Çempionlar Liqasında da komandanın ilk ''24-lüy''ə düşmək şansı pis deyil.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.