AZ

ABŞ-nin Venesuelaya zərbə endirməsini təsdiqlədilər - VİDEO

Ağ Ev ABŞ-nin Venesuelaya zərbə endirməsi barədə yayılan məlumatları təsdiq edib.

"Cebheinfo.az"” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Fox News” yayıb.

“Mənbələrin sözlərinə görə, Ağ Ev ABŞ-nin hərbi əməliyyat çərçivəsində Venesuelaya zərbə endirməsini təsdiqləyib”, - telekanalın aparıcısı Erik Şon deyib.

Xatırladaq ki, bu gün Venesuelanın paytaxtı Karakasda bir neçə partlayış baş verib. “CBS News”un jurnalisti Cennifer Ceykobs ABŞ Prezidenti Donald Trampın Venesuelada obyektlərə zərbə endirmək barədə göstəriş verdiyini bildirib.

"Cebheinfo.az"

Seçilən
101
1
cebheinfo.az

2Mənbələr