Bakı. Trend:
Yanvarın 4-də gözlənilən hava şəraiti açıqlanıb.
Trend MilliHidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıdavə Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayimcənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 0 dərəcədən 2 dərəcəyədək, gündüz 6dərəcədən 9 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civəsütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə65-70, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyibəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0 dərəcədən 5 dərəcəyədək şaxta, gündüz 6dərəcədən 11 dərəcəyədək, dağlarda gecə 10 dərəcədən 15 dərəcəyədəkşaxta, yüksək dağlıq ərazilərdə 15 dərəcədən 20 dərəcəyədək şaxta,gündüz 0 dərəcədən 5 dərəcəyədək şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buzbağlayacağı ehtimalı var.