AZ

Babək prospektində zəncirvari qəza – VİDEO

Bu gün səhər saatlarında paytaxtın Babək prospektində zəncirvari yol qəzası baş verib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün donması səbəbindən 4 avtomobil toqquşub.

Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib, digər avtomobillərin hərəkəti çətinləşib.

Zərbənin təsirindən qəzaya uğrayan maşınlardan biri körpünün ortasındakı bardürün üzərinə çıxıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:


Bizim.Media

Seçilən
102
4
bizim.media

5Mənbələr