AZ

Tottenhem ə AL i qazandıran futbolçu yeni klubuna rekord qiymətə başa gəldi MƏBLƏĞ

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Tottenhem" in yarımmüdafiəçisi Brennan Conson İngiltərədə klubunu dəyişib. 

Fanat.Az xəbər verir ki, 24 yaşlı futbolçu "Kristal Pelas"a keçib. 

Məlumatı sözügedən klubun mətbuat xidməti yayıb. 

"Transfermarkt"ın məlumatına görə, keçid 40 milyon avroya başa gəlib ki, bu transfer qiyməti "Kristal Pelas" üçün klub rekordu olub. 

Uels millisinin oyunçusu ilə müqavilənin müddəti 2030-cu ilin iyun ayına qədərdir.

Conson bu mövsüm "Tottenhem"də bütün turnirlərdə 21 oyun keçirib və 4 qol vurub. Ötən mövsüm o, Avropa Liqasının finalında "Mançester Yunayted"ə qarşı yeganə qolu vurub.

"Kristal Pelas" İngiltərə Premyer Liqasında 19 oyundan 27 xalla 10-cu yerdədir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
114
25
fanat.az

10Mənbələr