AZ

Safonovun yaşıl meydana qayıdışı təxirə düşüb

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fransanın PSJ klubunun rusiyalı qapıçısı Matvey Safonovun zədədən tam bərpası üçün 5-6 həftə vaxt lazım ola bilər.

İdman.Biz xəbər verir ki, bu barədə Fransanın “L’Equipe” nəşri məlumat yayıb.

Beləliklə, futbolçunun meydana dönüş müddəti uzanıb, çünki dekabrda PSJ Safonovun təxminən 3-4 həftəlik sıradan çıxdığını bildirmişdi.

Mənbənin yazdığına görə, rusiyalı qolkiper artıq məşqləri bərpa edib.

O, hazırda qaçış və qapıya zərbə məşqləri edir, lakin sol əlindən istifadə etmir və bintlə məşq edir.

Safonov dekabrın 17-də Braziliyanın “Flamenqo” klubu ilə keçirilən Qitələrarası kubokun finalında penaltilər seriyası zamanı əlindən zədə alıb.

Həmin seriyada qapıçı dörd zərbəni dəf etməklə diqqət çəkib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
icma.az

2Mənbələr