Zaqatalada küçədən meyit tapılıb.
Bizim.Media “Lent.az”a istinadla xəbər verir ki, hadisə Muxax kəndində qeydə alınıb.
Kənd sakini 65 yaşlı Xəlil Xəlilovun meyiti kənd ərazisində tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Araşdırma aparılır.