Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, şəhər üzərində ən azı bir tüstü sütunu görünür, iri hərbi bazanın yaxınlığında yerləşən cənub hissəsi isə elektrik enerjisiz qalıb.
Yenilənmə (10:30): Küçələrdə Venesuela zirehli texnikası görünüb, hərbi qüvvələr prezident sarayına doğru cəmləşir.
CBS News yazır ki, Tramp administrasiyasının nümayəndələri Karakas üzərindəki vertolyotlar və partlayışlar barədə xəbərlərdən "məlumatlı olduqlarını" bildiriblər.
"The New York Times”ın məlumatına görə, Vaşinqtondakı ABŞ Silahlı Qüvvələrinin rəsmisi partlayış xəbərlərini təsdiqləsə də, Amerikanın bu hadisələrdəki mümkün rolu barədə şərh verməkdən imtina edib.
Eyni zamanda sosial şəbəkələrdə Karakasa, ehtimal ki, "Tomahawk” raketləri ilə endirilən zərbələrin görüntüləri yayılır. Sky News Arabia telekanalı iddia edir ki, Venesuela müdafiə nazirinin iqamətgahı və paytaxtın limanı atəşə tutulub.
İlkin məlumatlara görə, ABŞ Karakas limanına və Karib dənizində çox sayda hərbi obyektin yerləşdiyi Marqarita adasına zərbələr endirir.
"Clash Report”un məlumatına görə, zərbələr şəhərin cənubuna – Fort-Tiuna rayonuna və generalissimus Fransisko de Miranda adına aviabazaya (La Karlota) dəyib. Həmçinin ölkənin şimalında, Varqas ştatındakı La-Quayra hərbi-dəniz bazası (donanma akademiyasının yerləşdiyi yer) də hədəf alınıb.
Şəbəkələrdə ABŞ-ın desant vertolyotlarının görüntüləri yayılmaqdadır. Öz növbəsində, Venesuela Hərbi Hava Qüvvələri Su-30MKV qırıcılarını həyəcanla havaya qaldırıb – onlara ABŞ təyyarə və vertolyotlarını önləmək (intercept) tapşırılıb.
Kolumbiya Prezidenti Qustavo Petro artıq hücuma reaksiya verib:
"Hazırda onlar Karakası bombalayırlar. Bütün dünyanın diqqətinə: onlar Venesuelaya hücum ediblər. Raketlərlə bombalayırlar. Amerika Dövlətləri Təşkilatı (OAS) və BMT dərhal toplanmalıdır", – deyə o bəyan edib.
ABŞ əməliyyatın başlanması barədə rəsmi şərh verməyib. Lakin bundan əvvəl ABŞ Prezidenti Donald Tramp prezident Nikolas Maduronun istefaya getməsi üçün təzyiqləri artıraraq (sanksiyaların genişləndirilməsi, hərbi mövcudluğun gücləndirilməsi və s.) Venesuelada yerüstü əməliyyatlar keçirəcəyini dəfələrlə vəd etmişdi.
Alpər
11:29
Venesuelada atəş səsləri eşidilməkdə davam edir.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, yerli mənbələr ABŞ Hərbi Hava Qüvvələrinin paytaxt Karakas və digər ərazilərdəki hərbi bazalara daha bir neçə zərbə endirdiyini bildirirlər.
Karakas mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Venesuela üzərində hava məkanı tamamilə bağlanıb.
11:02
Venesuelanın paytaxtı Karakasa 6 hava zərbəsi endirilib.
Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, zərbələrin ABŞ-ın mümkün hücumu ilə bağlı ola biləcəyi deyilir.
Karakasdakı Fort Tiuna aviabazası və Generalissimus Francisko de Miranda aviabazası hücuma məruz qalıb.
Venesuelanın paytaxtı Karakas üzərində ABŞ desantını daşıyan çoxməqsədli CH-47 Chinook helikopterləri uçarkən müşahidə olunub.