“Real”ın kapitanı Dani Karvahal zədədən sonra məşqlərə başlayıb.
Msport.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
33 yaşlı müdafiəçi oktyabrda sağ dizindən zədə almışdı.
Mənbənin sözlərinə görə, təcrübəli futbolçu yanvarın 7-də başlayacaq İsspaniya Superkubokunda meydana çıxa bilər. Qeyd edək ki, Madrid klubu ertəsi gün yarımfinalda “Atletiko” ilə qarşılaşacaq.