AZ

Aǧdamda sürücü narkotiklə bağlı həbs olunub

Ağdam, 3 yanvar, AZƏRTAC

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Məmmədhüseyn Həsənova “saxla” işarəsi verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən edilib.

M.Həsənov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Seçilən
101
9
azertag.az

10Mənbələr