AZ

Stokholmda qadınlara qarşı zorakılığa etiraz edilib

Yeniazerbaycan saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Stokholmda Milad bayramı zamanı baş vermiş iki səs-küylü qətldən sonra qadınlara qarşı zorakılığa etiraz əlaməti kimi kütləvi aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, Medborqarplatsen meydanında müxtəlif yaş qruplarından olan şəhər sakinləri bir araya gələrək qurbanlarla həmrəylik nümayiş etdirib və zorakılığın qarşısının alınması üçün real tədbirlərin görülməsini tələb ediblər.

Qadınlara qarşı zorakılığa etiraz aksiyaları bu meydanda hər cümə günü keçirilir. Lakin, budəfəki tədbir ictimaiyyətin xüsusi diqqətini cəlb edib. Aksiya iştirakçıları qətllərə son qoyulması çağırışları olan plakatlar qaldıraraq, qanunların sərtləşdirilməsi ilə bağlı uzun illərdir verilən vədlərə baxmayaraq problemin hələ də həllini tapmadığını vurğulayıblar.

Tədbirdə İsveçin ədliyyə naziri Qunnar Strömmer də iştirak edib. O bildirib ki, qətlə yetirilmiş qadınların yaxınlarının yaşadığı ağrı və itkiləri sözlərlə aradan qaldırmaq mümkün deyil, lakin cəmiyyətin dəstəyi və qətiyyətli mövqeyi böyük əhəmiyyət daşıyır. Nazir xatırladıb ki, hökumət qadınlara qarşı kişi zorakılığına sıfır tolerantlıq siyasətini irəli sürüb və bu sahədə daha sistemli fəaliyyət üçün xüsusi nazirliklərarası şura yaradıb.

Müxalifət nümayəndələri də bu addımları dəstəkləyərək, eyni zamanda zorakılığın qarşısının alınması məqsədilə profilaktik tədbirlərin, o cümlədən psixiatrik xidmətlərin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Aksiya iştirakçıları qeyd ediblər ki, zorakılığın kökünün kəsilməsi üçün təkcə qanunlar kifayət deyil, bunun üçün tərbiyədən başlayan və açıq ictimai dialoqa əsaslanan dərin mədəni dəyişikliklərə ehtiyac var.

Qeyd edək ki, Milad bayramı günlərində 26 yaşlı qadın qətlə yetirilib, 55 yaşlı qadın yaşadığı mənzildə öldürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
73
32
yeniazerbaycan.com

10Mənbələr