Bakı. Trend:
Ötən ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklarvə qeyri-banklar tərəfindən ticarət və xidmət sektoruna qoyulmuşkreditlərin həcmi 4,294 milyard manata çatıb.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 71,7 milyon manatvə ya 1,7%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 236,9 milyonmanat və ya 5,8% çoxdur.
Qeyd edək ki, ümumilikdə ötən ilin dekabrın 1-nə Azərbaycandareal sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,009 milyardmanat təşkil edib.
Bu da aylıq müqayisədə 294,5 milyon manat və ya 0,9%, 2024-cüilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,4 milyard manatvə ya 8,3% artım deməkdir.